13 nəfər gecə klubunda yanaraq öldü, 18 nəfərdən xəbər yoxdur - YENİLƏNDİ
İspaniyanın Mursiya şəhərində gecə klubunda baş verən yanğından sonra 18 nəfər itkin düşmüş hesab edilir.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə şəhər meri Rebeka Peres məlumat verib.
--------
21:54
İspaniyanın cənub-şərqindəki Mursiya şəhərindəki gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb.
meqale.com APA-ya istinadla xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti məlumat yayıb.
Alovun söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə nəticəsində 4 nəfər yaralanıb.
"La opinión de Murcia" qəzetinin yazdığına görə, yanğın qısaqapanma nəticəsində baş verib.
Mursiyada 3 günlük matəm elan edilib.