BMT Rusiyanın qətnamə layihəsini qəbul etmədi
BMT Təhlükəsizlik Şurası Rusiyanın İsrail-Fələstin münaqişəsinə dair qətnamə layihəsini qəbul etməyib.
Təhlükəsizlik Şurasında sözügedən layihəyə Rusiya, Çin, BƏƏ, Qabon və Mozambik səs versə də, ABŞ, İngiltərə, Fransa və Yaponiya sənədin əleyhinə olub. Bitərəf qalanlar: Albaniya, Braziliya, Qana, Malta, İsveçrə, Ekvador.