BMT TŞ-nin daimi üzvü olacağıq – Hindistan

Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.

BMT TŞ-nin daimi üzvü olacağıq – Hindistan
Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

"Biz orada olacağıq. 100% əminəm ki, orada olacağıq. Amma düzünü deyim ki, ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var", - nazir bildirib.

Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.