"BMT TŞ zibil qutusuna atılmış bir qurumdur"
BMT Təhlükəsizlik Şurası (TŞ), demək olar, zibil qutusuna atılmış bir qurumdur.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Kocali Universitetinin yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir: "Bu gün "beynəlxalq hüquq", "müharibə cinayətləri" termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır.