BMW, TOYOTA... - Bu avtomobillər "su qiymətinə" satışa çıxarıldı

Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus nəqliyyat vasitələri təkrar satışa çıxarılır.

BMW, TOYOTA... - Bu avtomobillər
Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus nəqliyyat vasitələri təkrar satışa çıxarılır.

Bu barədə meqale.com İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.

Məlumata görə, hərrac dekabrın 25-də keçiriləcək.

Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin start qiyməti 10 min 125 manatdan başlayaraq 20 min 550 manatadək, 10% behin həcmi isə 1 012,50 manatdan 2 055 manatadək dəyişir.

Qeyd edək ki, nəqliyyat vasitələri 3-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.

25 dekabr 2024-cü il tarixində saat 11:30-da təkrar hərraca çıxarılacaq ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus nəqliyyat vasitələri haqqında məlumatı təqdim edirik: