Boksçumuz dünya çempionatında yarımfinala vəsiqə qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

Boksçumuz dünya çempionatında yarımfinala vəsiqə qazandı
Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

meqale.com xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib.

Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçu bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.

Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.

Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov da (75 kiloqram) 1/4 final döyüşünə çıxacaq.