Bomba həyəcanı - 8 məktəb boşaldıldı

Fransanın İsere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.

Bomba həyəcanı - 8 məktəb boşaldıldı
Fransanın İsere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu haqda Fransanın İsere Qubernatorluğu məlumat yayıb.

Məlumatda məktəblərdəki işçi heyətinin və şagirdlərin təxliyə edildiyi, təhlükəsizlik tədbirləri yaradıldığı, bomba zərərsizləşdirmə qruplarının araşdırma apardığı bildirilib.

Qubernatorluq hələlik xəbərlərin real və ya əsassız olması ilə bağlı heç bir məlumat paylaşmayıb.