Böyükşor gölünün yaxınlığında ƏMƏLİYYAT - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Böyükşor gölünün yaxınlığında ƏMƏLİYYAT - FOTO
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Penitensiar Xidmətdən meqale.com-a verilən xəbərə görə, əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əşrəfağa Azad oğlu Əlizadə tərəfindən Nərimanov rayonu Böyük Şor gölü ərazisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 918 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.