Britaniya xaricdəki həbsxanaları icarəyə götürəcək

Böyük Britaniya həbsxanalarında yer çatışmazlığı səbəbindən ölkə rəhbərliyi həbsxanaları xaricdə icarəyə götürmək imkanını nəzərdən keçirməyi planlaşdırır.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Britaniyanın ədliyyə naziri Aleks Çok Mühafizəkarlar Partiyasının qurultayında deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi ölkədə mövcud həbsxanaları genişləndirir, təmir edir və minlərlə yeni işçi işə götürür. Bununla yanaşı, nazir vurğulayıb ki, hakimiyyət Norveç nümunəsini nəzərdən keçirmək, xaricdə həbsxanaların icarəyə götürülməsi imkanlarını araşdırmaq niyyətindədir.