BTQ Niderlandın koloniyalarına dəstək verməyə başlayıb - Abbas Abbasov
Bakı Təşəbbüs Qrupu Niderlandın koloniyalarına dəstək verməyə başlayıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Bakı Təşəbbüs Qrupunun (BİG) icraçı direktoru Abbas Abbasov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.
O qeyd edib ki, BTQ bundan sonra da həmin istiqamətdə fəaliyyəti davam etdirəcək, koloniyaların müstəqillik mübarizəsinə dəstək göstərəcək.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.