Bu Avropa nəhəngi "Real"ın hücumçusunu istəyir

Londonun "Arsenal" klubu "Real Madrid"in hücumçusu Rodriqo Qoesə göz qoyub.

Bu Avropa nəhəngi
Londonun "Arsenal" klubu "Real Madrid"in hücumçusu Rodriqo Qoesə göz qoyub.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, "The Athletic" nəşrinin iddiasına görə, İngiltərə nəhənginin baş məşqçisi Mikel Arteta braziliyalı ulduzun oyununu diqqətlə izləyib.

O, transferin bu yay bitirilməsini istəyib.

Qeyd edək ki, Rodriqonu "Real Madrid"dən almaq istəyən klub 100 milyon avrosundan keçməlidir.