Bu binadan Rəsulzadənin sözləri niyə silindi? - FOTO

"20 Yanvar" metrostansiyasının yaxınlığındakı binadan "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri və bayraq götürülüb.

Bu binadan Rəsulzadənin sözləri niyə silindi? - FOTO
"20 Yanvar" metrostansiyasının yaxınlığındakı binadan "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri və bayraq götürülüb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən binada təmir-bərpa işləri aparılır:

"Yazılar təmirlə əlaqədar olaraq götürülüb və işlər yekunlaşandan sonra bərpa ediləcək".