Bu ərazidə qaz olmayacaq - YENİLƏNİB
18:21 Hövsan südçülük sovxozunun qaz təchizatında məhdudiyyət yaranacaq.
meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-u, saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq.
---------- 09:56 Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşana qədər Corat qəsəbəsində "Dörd yol" və ətraf ərazilərdə 700 abonentin qaz təchizatı dayandırılacaq.