Bu GÖRÜNTÜLƏR "Qalatasaray"lıları özündən çıxardı - VİDEO
2026-cı il FIFA Dünya Kubokunun Afrika pley-off mərhələsində Qabonla qarşılaşmağa hazırlaşan Nigeriya milli komandası Mərakeşin Rabat şəhərində toplanış keçirir. Lakin komandanın yerləşdirildiyi hotelin vəziyyəti futbol azarkeşlərinin narazılığına səbəb olub.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nigeriya yığmasının, o cümlədən "Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenin qaldığı hotelin şəraiti sosial mediada gündəm mövzusuna çevrilib.
Paylaşılan fotolarda köhnəlmiş və baxımsız otaqlar azarkeşlərin tənqidinə səbəb olub. Onlar bu vəziyyəti milli komandanın imicinə yaraşmayan hal kimi dəyərləndiriblər.
Nigeriya Futbol Federasiyası düşərgənin şəraiti ilə bağlı azarkeşlərin ciddi iradları ilə üzləşib. Sosial şəbəkələrdə istifadəçilər ölkə futbolunda uzun illərdir mövcud olan "infrastruktur və təşkilati çatışmazlıqlar"ın aradan qaldırılmasının vacibliyini vurğulayıblar.