Bu gün axşam Bakıda konsert var - giriş pulsuzdur
Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə bu gün konsert proqramı təşkil ediləcək.
meqale.com xəbər verir ki, "Champions Fest" (Çempionlar şənliyi) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və "Azərbaycan" kinoteatrının yaxınlığında başlayacaq.
Tanınmış müğənnilərin iştirak edəcəyi konsert proqramına giriş pulsuzdur.