Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə - Torpaq çərşənbəsidir.

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir
Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə - Torpaq çərşənbəsidir.

meqale.com xəbər verir ki, Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və ilaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər.