Bu il vətəndaşlara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ

Azərbaycanda I rübdə vətəndaşlara geri qaytarılan Əlavə Dəyər Vergisinin (ƏDV) məbləği açıqlanıb.

Bu il vətəndaşlara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ
Azərbaycanda I rübdə vətəndaşlara geri qaytarılan Əlavə Dəyər Vergisinin (ƏDV) məbləği açıqlanıb.

meqale.com xəbər verir ki, bu barədə "Azərbaycan iqtisadiyyatı" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, "ƏDV geri al" layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 2025-ci ilin yanvar-mart ayları ərzində 46 milyon 88.3 min manatdan çox olub.