Bu keksi hazırlamaq 3 gün çəkir: Səbr və ustalığın zirvəsi

İlk baxışda sadə bir keks kimi görünsə də, orijinal İtalyan Panettone-si kulinariya dünyasının ən böyük sınaqlarından biri hesab olunur. Niyə bir keksin hazırlanması 72 saat çəkir? meqale.com həmin maraqlı prosesi təqdim edir:

Hər şey "Lievito Madre" (Ana Maya) adlı xüsusi təbii maya ilə başlayır. Bu maya kimyəvi deyil, tamamilə təbii üsulla günlərlə bəslənilir. Birinci gün xəmir yoğrulur və ən azı 12-14 saat ərzində otaq temperaturunda qıcqırması (qalxması) gözlənilir.

İkinci gün xəmir yenidən yoğrulur. Bu mərhələdə xəmirə bol miqdarda kərə yağı, yumurta sarısı, şəkər tozu və keyfiyyətli un əlavə edilir. Daha sonra keksin içərisinə portağal qabıqları, limon qurusu və kişmiş qatılır. Xəmir yenidən uzunmüddətli dinlənməyə buraxılır.

Üçüncü gün xəmir formalara qoyulur və sonuncu dəfə qabarması gözlənilir. Bişdikdən sonra isə proses bitmir. Panettonenin o məşhur yumşaq və məsaməli teksturasını qorumaq üçün keks fırından çıxan kimi baş-ayaq (tərsinə) asılır və tam 12 saat bu vəziyyətdə soyudulur. Əgər tərsinə asılmasa, öz ağırlığı ilə çökər və o yüngül quruluşunu itirər.

Panettonenin Sirləri: İçində heç bir konservant yoxdur, lakin təbii maya sayəsində həftələrlə təzə qalır.

Düzgün hazırlanmış Panettone bulud kimi yüngül olmalı və əllə qopardıqda sap-sap ayrılmalıdır.