Bu kənddə meyvə ağacları odun kimi istifadə edilir - VİDEO
Qəbələnin 2 mindən çox əhalisi olan Tikanlı kəndində mavi qaz yoxdur. Ona görə də sakinlər istilik üçün meyvə ağaclarını yandırmalı olurlar.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, rayon mərkəzindən 13 km. aralıda və dağətəyi ərazidə yerləşən, qışı da çox soyuq olan bu kənddə bəzən ilin 8 ayında evlər qızdırılmalı olur. Yaşayış məntəqəsində təbii qaz olmadığı üçün də sakinlər bağlarında olan meyvə ağaclarını kəsərək odun kimi istifadə edirlər.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirildi ki, təbii qaz olmayan yaşayış məntəqələri mərhələli şəkildə qazlaşdırılır. Bu tədbirlər çərçivəsində Qəbələnin Tikanlı kəndi də təbii qazla təmin ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun