Bu liseydə şagirdlərin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində təhsil alan XI sinif şagirdlərinin 90 faizi repetitor yanına getmədən buraxılış imtahanında yüksək nəticə göstərib.
Bu barədə meqale.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Lisey şagirdlərinin ümumi orta balı 269 bal olub.
55 şagirdin 24 nəfəri 280+ bal, 45 nəfəri 250+ bal toplayıb.