Bu məhsullar ucuzlaşıb - RƏSMİ

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

Bu məhsullar ucuzlaşıb - RƏSMİ
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

Bu barədə meqale.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun qiymətində baş verib.

Bahalaşma isə əsasən limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.