Bu mərkəzi küçə 2 gün bağlı olacaq

Bakının Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq.

Bu mərkəzi küçə 2 gün bağlı olacaq
Bakının Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq.

meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, 5 avqust saat 06:00-dan 7 avqust saat 09:00-dək  Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.