Bu məscid 22 ildir ibadətə bağlıdır - FOTO
Xaçmaz rayonu Xudat şəhəri Axundov küçəsində yerləşən Cümə Məscidi 22 ildir ki, qəzalı vəziyyətdədir.
meqale.com teleqraf.com-a istinadən xəbər verir ki, məscidin tavanı və döşəməsi sıradan çıxıb, divararlarında isə çatlar əmələ gəlib.
Bu səbəbdən məscidin qapıları 2001-ci ildən bəri bura ibadətə gələn insanlara bağlıdır.
Qeyd edək ki, Mərkəzi Cümə Məscidi (və ya Şeyx Məhəmməd Yaraqlı məscidi) 1993-1995-ci illərdə inşa edilib. Məscidin tikintisi Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin köməkliyi ilə başa çatdırılıb.