Bu müəllimlərin dərs saatları ARTIRILACAQ - RƏSMİ

"Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır".

Bu müəllimlərin dərs saatları ARTIRILACAQ - RƏSMİ
"Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır".

meqale.com sfera.az-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10 500 vakant yer təqdim edilib:

"4300-dən çox müəllim təkrar sertifikatlaşdırılmada uğur qazana bilməyib, onların əmək müqavilələrinə xitam verilib. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır".

O əlavə edib ki, buna görə də hər işdən çıxarılan müəllimin yerinə başqa təhsilverən götürülməyəcək. Məktəbdə fəaliyyət göstərən aidiyyəti fənn müəllimlərinin dərs saatları artırılacaq.