BU ölkə gələn ilin sonuna qədər MDB-dən çıxacaq

Moldova gələn ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

BU ölkə gələn ilin sonuna qədər MDB-dən çıxacaq
Moldova gələn ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

meqale.com xəbər verir ki, bu barədə ölkə parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German bildirib.

Komissiya rəhbəri bildirib ki, Moldova bu yaxınlarda müdafiə və təhsil sahəsində MDB çərçivəsində üç sazişi ləğv edib və Birlikdən çıxmaq üçün demək olar son mərhələdədir:

"2024-cü ilin sonuna qədər prosesi tamamlamağı qarşımıza məqsəd qoymuşuq. Moldova MDB-ni tərk etməklə iqtisadi zərər görməyəcək".