Bu ölkə hərbi xərcləri rekord səviyyəyə qədər artıracaq

"Polşanın 2026-cı ildə müdafiə xərcləri ölkə tarixində rekord səviyyədə olacaq".

Bu ölkə hərbi xərcləri rekord səviyyəyə qədər artıracaq
"Polşanın 2026-cı ildə müdafiə xərcləri ölkə tarixində rekord səviyyədə olacaq".

meqale.com xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

"Sizi əmin edə bilərəm ki, hərbi büdcə artacaq. Bu, 2022-ci ildəkindən iki dəfə çox olmaqla, tarixin ən böyük hərbi büdcəsi olacaq", - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, 2026-cı ilin büdcəsi hələ də müzakirə olunur.