Bu ölkədə də cinsi maarifləndirməyə qarşı çıxdılar

Sidneydə ənənəvi ailə dəyərlərinin müdafiəsi üçün valideynlərin yürüşü keçirilib. Tədbiri Valideyn Hüquqları Komitəsi Avstraliya ictimai təşkilatı təşkil edib.

meqale.com oxuya istinadən bildirir ki, yürüş zamanı yüzlərlə valideyn Sidney küçələrinə çıxaraq ölkə məktəblərində məcburi cinsi maarifləndirmə dərslərinə etiraz edib.

Məktəblərdə cinsi tərbiyənin əleyhdarları əmindirlər ki, bu cür dərslər onların övladlarına yaxşı heç nə öyrətməyəcək, əksinə, qeyri-ənənəvi münasibətlərin yayılmasına və cinsi fəaliyyətə vaxtından əvvəl başlamağa təhrik edəcək.