Bu ölkədə ərzaq qiymətləri kəskin bahalaşdı

Bu il Yaponiyada ərzaq qiymətlərinin artımının miqyası 2022-ci ilin səviyyəsini keçib.

Bu ölkədə ərzaq qiymətləri kəskin bahalaşdı
Bu il Yaponiyada ərzaq qiymətlərinin artımının miqyası 2022-ci ilin səviyyəsini keçib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə ölkənin aparıcı statistik mərkəzi olan "Teikoku Databank"ın hesabatında deyilir.

Belə ki, bu il 31,8 min ədəd ərzaq məhsulunda qiymət artımı qeydə alınıbsa, 2022-ci ildə bu, cəmi 25,7 min ədəddə müşahidə olunmuşdu.

Sentyabr ayında bu növ malların 4,6 min ədədində qiymət artımı qeydə alınıb. Xammalın bahalaşması ilə əlaqədar qiymət artımı davam edir.

2022-ci ildə Yaponiyada bütövlükdə ərzaq qiymətləri əvvəlki ilə nisbətən 14% artıb.