Bu ölkədə hərbçilər generalı dövlət başçısı təyin etdilər
Qabonda hakimiyyəti ələ keçirən hərbçilər qvardiya komandanı, general Bris Oliq Nqemunu keçid dövrü üçün dövlət başçısı təyin edib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.
Qeyd edək ki, Qabonda hərbçilər prezident seçkilərinin nəticələrinin ləğv olunduğunu və hakimiyyət orqanlarının buraxıldığını elan ediblər.