Bu ölkədə leysan 13 nəfərin həyatına son qoyub

Tacikistanın bir sıra rayonlarında bazar günü yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb.

Bu ölkədə leysan 13 nəfərin həyatına son qoyub
Tacikistanın bir sıra rayonlarında bazar günü yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə respublika prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.

"Dünən güclü yağışlar nəticəsində Vəhdət şəhəri və Rudəki bölgəsində təbii fəlakət baş verib, nəticədə 13 nəfər, o cümlədən Vəhdət şəhərində 11, Rudəki bölgəsində 2 nəfər həlak olub", - məlumatda deyilir.