Bu ölkədə “Meymun herpesi”nə ilk yoluxma halı aşkarlandı

Honkonqda həkimlər ilk dəfə insanda herpes B virusuna ("meymun herpesi" də deyilir) yoluxma halını qeydə alıblar.

Bu ölkədə “Meymun herpesi”nə ilk yoluxma halı aşkarlandı
Honkonqda həkimlər ilk dəfə insanda herpes B virusuna ("meymun herpesi" də deyilir) yoluxma halını qeydə alıblar.

meqale.com oxuya istinadən bildirir ki, bu barədə Honkonq Səhiyyə Departamenti yanında Sağlamlığın Mühafizəsi Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, 37 yaşlı kişi martın 21-də səhhətinin pisləşməsi və hərarətin yüksəlməsi şikayətləri ilə xəstəxanaya daxil olub.

Aparılan analizlərin nəticəsində məlum olub ki, xəstə herpes B virusuna yoluxub.

Ailəsi bildirib ki, o, fevralın sonunda Honkonqdakı parkı ziyarət edərkən vəhşi meymunlarla təmasda olub. Yaxınlarının sözlərinə görə, heyvanlar ona xəsarət yetiriblər.

Kişi hazırda reanimasiya şöbəsindədir, onun vəziyyəti ağır qiymətləndirilir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun