Bu ölkələr Belarus maşınlarına qadağa qoydu
Estoniya sərhədçiləri Belarus dövlət nömrə nişanlı avtomobilləri ölkəyə buraxmayacaqlar.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.
"AB-nin Belarusa tətbiq etdiyi sanksiyalara Belarus nömrəli avtomobillərin idxalına qadağa da daxildir", - məlumatda bildirilib.
Oxşar tədbirlər Litva tərəfindən də həyata keçirilib. Belarus avtomobillərinin ölkəyə girişinə qadağa iyulun 18-dən qüvvəyə minəcək.