Bu ölkənin 600 əsgəri Hindistana daxil oldu
Myanma ordusunun 600-ə yaxın əsgəri üsyançılarla şiddətli toqquşmadan sonra Hindistan ərazisinə keçib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
"Myanmanın qərbindəki Rakxayn əyalətindəki etnik silahlı qrup olan Arakan Rohinca Qurtuluş Ordusu (ARSA) tərəfindən düşərgələri zəbt edildikdən sonra əsgərlər Mizoram ştatının Lavnqtlay bölgəsinə sığınıblar", - NDTV bildirib.
Qeyd olunur ki, Mizoram hakimiyyəti mərkəzi hökumətə və daxili işlər naziri Amit Şaha bununla bağlı müraciət edib.