Bu ölkənin daxili işlər nazirinə içində 3 güllə olan məktub GÖNDƏRDİLƏR - FOTOlar

Serbiya hökumətinin binasında içərisində güllələr olan zərf tapılıb və bu, ölkənin daxili işlər nazirli İvitsa Daçiç üçün göndərilib.

meqale.com-ın xəbərinə görə, bu barədə Serbiya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, poçt göndərişi Pojarevats şəhərindəki "Serbiya poçtları" şöbəsindən həyata keçirilib.

"Polis poçt göndərişini təhvil verən şəxsi müəyyənləşdirərək tapıb, hadisənin tam araşdırılması istiqamətində işlər davam etdirilir", - deyə məlumatda bildirilib.

Məktubu göndərənin kimliyi açıqlanmayıb. Naziri təhdid edən insident Serbiya daxilində siyasi böhranın kəskinləşməsi fonunda baş verib.

Qeyd edək ki, Serbiyada ötən il noyabrın 1-də Novi-Sadda dəmiryol vağzalında tavanın uçmasından sonra tələbələr və müxalifət qüvvələrinin kütləvi etirazları başlayıb. İlkin olaraq sosial problemlərdən qaynaqlanan etirazlar tezliklə açıq-aşkar siyasi xarakter alıb, iştirakçılar təcili şəkildə növbədənkənar parlament seçkilərinin keçirilməsini və hazırkı nazirlər kabinetinin istefasını tələb ediblər.