Bu ölkənin ən hündür göydələni tikilir

Tokioda Yaponiyanın ən hündür göydələni olacaq binanın tikintisinə başlanılıb.

Bu ölkənin ən hündür göydələni tikilir
Tokioda Yaponiyanın ən hündür göydələni olacaq binanın tikintisinə başlanılıb.

meqale.com xəbər verir ki, bu barədə "Mitsubishi Estate" layihəsinin operator şirkəti məlumat yayıb.

Məlumata görə, məşəl qülləsi adlanacaq göydələnin hündürlüyünün təqribən 390 m olacağı və tikintisinin 2028-ci ilin mart ayına kimi başa çatdırılacağı gözlənilir. Beləliklə, yeni bina hazırkı rekordçunu - Tokioda da yerləşən 330 m hündürlüyü olan Azabudai Hills binasını keçərək ölkənin ən hündür binası olacaq.