Bu ölkənin XİN rəhbəri vəzifəsindən müvəqqəti uzaqlaşdırıldı - FOTO

Kolumbiyanın xarici işlər naziri Alvaro Leyvaya qarşı pasport tenderlərinin təşkilində qanunsuzluqlar törətdiyi iddiası ilə təhqiqata başlanılıb.

meqale.com publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

"Baş Prokurorluq intizam icraatını elan edib və xarici işlər naziri Alvaro Leyvanı pasportların hazırlanması üçün podratçı seçilərkən rəqabət prosedurlarını pozduğuna görə üç ay müddətinə vəzifəsindən kənarlaşdırıb", - məlumatda deyilir.