Bu pul köçürmə sistemi Azərbaycanda fəaliyyətini dayandırdı

Rusiyanın "Contact" pul köçürmə sistemi fəaliyyətini dayandırıb.

Bu pul köçürmə sistemi  Azərbaycanda fəaliyyətini dayandırdı
Rusiyanın "Contact" pul köçürmə sistemi fəaliyyətini dayandırıb.

meqale.com APA-ya istinadən bildirir ki, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb.

"Contact" qeyd edib ki, bu, bu gün "QIWI Bank"ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır:

"Hörmətli müştərilər. Rusiya Bankından "QIWI Bank"ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq".