Bu qadın məşhur klubun prezidenti oldu - FOTO
Fransa nəhəngi "Lion"un yeni prezidenti seçilib.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub prezidenti vəzifəsi xanım Mişel Kanqa həvalə olunub. O, daha öncə klubun İdarə Heyətində yer alıb.
Qeyd edək ki, "Lion" əsas Liqada başa çatan mövsümdə 6-cı yeri tutsa da, komandanın borclarına görə hazırda aşağı liqaya düşməyi ilə bağlı qərar verilib. Rəhbərlik məsələ ilə bağlı apellyasiya şikayəti verib.