Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
A (II) qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.
meqale.com Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Merilend Universitetinin tədqiqatçıları araşdırma aparıblar.
Tədqiqatçılar insult keçirmiş təxminən 17.000 və insult keçirməyən təxminən 600.000 insanı əhatə edən 48 genetik tədqiqatdan məlumat toplayıblar.