Bu rayonda 3 gün qaz olmayacaq

Sabah Şəmkir rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu rayonda 3 gün qaz olmayacaq
Sabah Şəmkir rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə meqale.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" I xətt yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli kəmərlərin birləşdirilməsi ilə bağlı mayın 23-də saat 10:00-dan mayın 25-dək (3 gün müddətində) işlər başa çatanadək "Şəmkir-1Əhali", "Şəmkir-2 Sənaye", "Çinarlı əhali", "Çinarlı Sənaye", "Əliyaqublu 1 və 2" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.