Bu rayonlarda bələdiyyə sədrləri cərimələndi

Sanitar-gigiyena qaydalarının pozulmasına görə 3 rayonda bələdiyyə sədrləri və sahibkarlar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Şamaxı, Göyçay və Qəbələ rayonlarında ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi, eləcə də sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan meqale.com-a verilən məlumata görə, rayon polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Şamaxı rayonunun Çarhan, Qəbələnin Kürd kəndinlərində, o cümlədən Göyçay şəhəri ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı qeyd olunan kəndlərin bələdiyyə sədrləri, Göyçayda isə sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.  

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun