Bu şəhərdə üztanıma funksiyası olan işıqfor quraşdırılıb - FOTO
Rusiyanın paytaxtı Moskvada üztanıma kamerası olan işıqforun prototipini sınaqdan keçiriblər.
meqale.com musavat.com-a istinadən bildirir ki, məqsəd piyadaların qayda pozuntularını qeydə ala bilməkdir. Cihaz Berejkovskaya sahilində sınaqdan keçirilib.
Fotoçəkiliş piyadanın hərəkət izini və işıqforun siqnalını göstərməyi nəzərdə tutur. Əgər piyada yol hərəkəti qaydalarını pozarsa, onun şəkli (şəxsiyyəti müəyyən edilmədən) pozuntunun baş verdiyi yerin yaxınlığında yerləşən elektron məlumat lövhəsinə ötürülür.