Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

"Azərbaycan vətəndaşlarının eyni anda iki əmək pensiyası alması mümkün deyil. Əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, şəxs yalnız bir növ əmək pensiyası ala bilər".

meqale.com xəbər verir ki, bu fikirləri hüquqşünas Turan Abdullazadə konkret.az-a açıqlamasında səsləndirib.

"Əgər vətəndaş bir neçə pensiya növünə, məsələn, yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə təqaüd hüququ qazanarsa, onlardan yalnız birini seçə bilər. Adətən daha yüksək məbləğli pensiya növü seçimdə üstünlük təşkil edir".

Vəkil qeyd edib ki, "əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ olan şəxslərə yalnız bir növ əmək pensiyası təyin edilir və bu, onların istəyinə uyğun seçilir.