Bu şəxslərə 1300 manat veriləcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycanda bir sıra ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul verəcək.

Bu şəxslərə 1300 manat veriləcək
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycanda bir sıra ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul verəcək.

meqale.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, agentlik ümumilikdə 36 ali məktəb müəllimi ilə müqavilə bağlayıb.

Müqavilələrə əsasən, ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş həmin müəllimlərə 1 175-1 300 manat məbləğində pul veriləcək.

Pedoqoji heyətin arasında adi müəllimlərlə yanaşı, prorektorlar və müxtəlif vəzifə tutan şəxslər də vardır.