Bu şəxslərə hər gün 1 milyon dollar veriləcək - FOTO
Amerikalı milyarder İlon Maskın açıqlaması gündəm olub.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyən siyasi fəaliyyət komitəsinin kampaniyasında iştirak edənlər arasından hər gün seçilən bir şəxsə 1 milyon dollar verəcəyini açıqlayıb.
Mask bu yolla fəaliyyət komitəsinin kampaniyasının mətbuatda böyük səs salacağına ümid etdiyini bildirib.