Bu şəxslərin maaşlarına aylıq əlavələr müəyyənləşdi
Nazirlər Kabineti "Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği"nin təsdiq edib.
meqale.com bildirir ki, İqtisadiyyat.az-ın xəbərinə görə, qərara əsasən, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği aşağıdakı kimi olacaq:
Sıra
№-si
Vəzifələrin adı
Gəmilərin qrupu üzrə
ödənişin məbləği (ABŞ dolları ilə)
1-4
5
6 və yuxarı
1.
Kapitan
1980
2070
2250
2.
Baş (böyük) mexanik
1890
1980
2160
3.
Kapitanın böyük köməkçisi, 2-ci mexanik, böyük (1-ci)
elektromexanik, elektromexanik
1710
1800
1890
4.
Kapitanın 2-ci köməkçisi, kapitanın sərnişin üzrə köməkçisi, radiomütəxəssis, 3-cü mexanik,
2-ci elektromexanik
1620
1710
1800
5.
Komandir heyətinin başqa üzvləri, bosman, donkerman
1440
1620
1710
6.
Sıravi heyət (bosman, donkerman istisna olmaqla)
1350
1350
1350
Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatı faktiki iş günlərinə uyğun müəyyən edilir.
Xəzərdənkənar hövzələrdə üzən ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatının məbləği cədvəldə nəzərdə tutulan məbləğlərə 1,5 əmsal tətbiq olunmaqla hesablanır.
Eyni zamanda Nazirlər Kabineti müvafiq olaraq "Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında" qərarda dəyişiklik edib.