Bu tarixlərdə maqnit qasırğası olacaq - Əhalinin DİQQƏTİNƏ!
Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub.
Bu barədə meqale.com-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, avqustun 14-dək Günəş aktivliyinin orta və yüksək səviyyədə, alışmaların isə orta güclü olacağı gözlənilir:
"Günəş küləyi parametrləri 7 avqustda baş vermiş tac kütlə atılmasının təsiri hesabına artıb. Hazırda geomaqnit sahə CME təsirlərinə cavab olaraq G1 və G2 səviyyəli qasırğa şəraitindədir. 13-14 avqustda CME effektləri azaldıqca geomaqnit sahənin normal fon şəraitində olacağı, fasilələrlə isə fəal şəraitin davam edəcəyi proqnozlaşdırılır".
Məlumatda həmçinin qeyd olunub ki, belə maqnit qasırğaları Yerin eko, bio və texnosistemlərinə öz mənfi təsirini göstərir: