Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə dələduzluq - VİDEO

"Az yatır, çox götür". "TikTok"da investisiya edən şəxs bu cümləyə aldanaraq dələduzluğun qurbanı olub.

Sosial şəbəkələrdə
"Az yatır, çox götür". "TikTok"da investisiya edən şəxs bu cümləyə aldanaraq dələduzluğun qurbanı olub.

meqale.com xəbər verir ki, "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən paytaxt sakini Elza Vəliyeva iddia edir ki, TikTok sosial platformasında saxta investisiya səhifələrindən biri onu aldadıb. O bildirir ki, "Gülnarəylə Qazanc" adlı səhifəyə əvəlcə 30 manat göndərib.

İT mütəxəssis Əmrah Mövsümzadə deyir ki, dələduzlar şirnikləndirici vədlər verərək insanların pullarını ələ keçirir, daha sonra isə zərərçəkən şəxslərin səhifələrini əngəlləyir.

Bu kimi hallar ilə qarşılaşan şəxslərin Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmələri tövsiyyə olunur.