"Ağa Kərimə, Ağa Mirzəyə ustad deyib, ona da deyə bilmərəm!"

Meyxanaçı Vüqar Əbdülov qatıldığı "Rəngarəng" verilişində səsləndirdiyi qalmaqallı açıqlamalarla gündəmə gəlib.

Meyxanaçı Vüqar Əbdülov qatıldığı "Rəngarəng" verilişində səsləndirdiyi qalmaqallı açıqlamalarla gündəmə gəlib.

meqale.com xəbər verir ki, veriliş zamanı həmkarı Rüfət haqqında danışan Vüqar Əbdülov onun son çıxışlarından narazı qaldığını bildirib. Meyxanaçı qeyd edib ki, Rüfətin gündəmlə bağlı danışıq tərzi onun xoşuna gəlməyib və bu mövzuda açıq mövqe ortaya qoyub.

"Rüfətin gündəmdən danışmağı mənə xoş gəlmədi. Mənim axı səninlə işim yoxdur. Mən ona ustad deyə bilmərəm. Ağa Kərimə də, Ağa Mirzəyə də ustad demişəm, amma ona bu adı verə bilmərəm", - deyə Vüqar Əbdülov bildirib.

Onun bu sözləri studiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, meyxana aləmində yeni polemikanın yaranmasına yol açıb.