Bu üç qidanı yatmazdan əvvəl yemək təhlükəlidir

Rahat bir gecə yuxusu hər kəs üçün əsas ehtiyacdır. Yatmadan əvvəl yanlış yemək seçmək yuxunuza mane ola bilər, ona görə də bu mövzuda diqqətli olmalısınız.

Bu üç qidanı yatmazdan əvvəl yemək təhlükəlidir

Çay

Çayın tərkibindəki kofein sizi gecələr oyaq saxlaya bilər. Çayda kofedən 50-70% daha az kofein olsa da, həssas insanlara təsir edə bilir.

Şokolad

Şokolad bir çoxumuzun gecə gec saatlarında arzuladığı bir şey olsa da, yatmazdan əvvəl davamlı olaraq onu qəbul etsəniz, yuxusuzluğa səbəb ola bilər, çünki tərkibindəçox miqdarda kofein və şəkər mövcuddur.

Qazlı içkilər

Kofeinsiz və şəkərsiz olsalar belə, bu içkilərin tərkibindəki hava qabarcıqları qaz, şişkinlik və ümumi mədə narahatlığına səbəb ola bilər.